Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Tbilisidə Çanaqqala savaşında Qələbənin 100-cü ildönümünə həsr edilmiş fotosərgi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyinin "Twitter" səhifəsində deyilir.
Fotosərgi aprelin 27-29-da keçiriləcək.
Qeyd edək ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr edilmiş bayram tədbirləri keçiriləcək.
I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.