...

Qəbələ musiqi festivalı Avstriya və İtaliya orkestrlərinin konsertləri ilə başlayacaq

Mədəniyyət Materials 22 İyul 2015 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

İyulun 25-dən 31-dək Qəbələ şəhərində VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 2009-cu ildən etibarən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü gerçəkləşən Qəbələ musiqi festivalı bu dəfə də müxtəlif ölkələrindən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirəcək.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalda İtaliya Simfonik Orkestri, "Moskva virtuozları" kamera orkestri (Rusiya), Avstriya Vayner Akademiyasının kamera ansamblı, "Flamenko" ansamblı (İspaniya), "Dubrovnik Guitar Trio" (Xorvatiya), habelə Ukrayna, İsrail, və Almaniyadan məşhur musiqiçilər iştirak edəcək.

Festivalın konsertləri Qəbələdəki "Qafqaz Resorte" hotelinin kamera musiqisi zalında və açıq havada keçiriləcək. Musiqi bayramının ilk günü (25 iyul) əvvəlcə kamera zalında "Vayner Akademiya" kamera orkestrinin (Avstriya) konserti olacaq. Həmin gün axşam isə açıq səhnədə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olacaq. Gecədə İtaliya Simfonik orkestrinin konserti çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti