Bakı. Trend:
Uzun zamandır efirlərdə görünməyən müğənni İlqar Muradov iki saatlıq canlı proqramla onu sevərlər qarşısında çıxış edib. Trend-in məlumatına görə, tamaşaçıların hərarətlə qarşıladığı konsertdə əməkdar artist klassik, xalq və repertuarından bəstəkar mahnılarını səsləndirib. İ.Muradovla yanaşı səhnəyə müğənnilər Leyla Babayeva və Ramil Xələfov çıxıb.
Qeyd edək ki, konserti izləməyə gələn məşhurlar arasında xalq artistləri Siyavuş Kərimi, "Qaya"qrupunun rəhbəri Rauf Babayev, müğənni Rəşad İlyasov xanımı ilə olub.
Trend konsertdən fotoları təqdim edir: