Bakı. Trend:
Azərbaycan Gənclər İttifaqının iyirmi beşinci ildönümü şərəfinə, Azərbaycanda ilk ictimai gənclər təşkilatının fəalları və işçiləri, son 30 il üçün ölkənin ən nüfuzlu və prestijli mahnı müsabiqəsinə yeni nəfəs vermək qərarına gəliblər.
Trend-in məlumatına görə, əfsanəvi "Bakı Payızı" yarışmasının açılışı Bakıda yeni beynəlxalq formatda 26 noyabrda keçirilib. Səkkiz yüzdən çox iştirakçının toplandığı müsabiqənin final mərhələsi 9 saatdan çox davam edib. Bu müddət ərzində 9 nəfərdən ibarət əməkdar artis və müəllimlər iştirakçıları qiymətləndirib.
Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov bildirib: "Bu “pilot” mərhələdə, təşkilatçılar özlərini yeni nominasiyalarda, intizam qaydararında sınadılar. Tofiq Quliyevin adını daşıyan əfsanəvi müsabiqəni davam etdirmək böyük bir məsuliyyətdir. Belə bir layihəni aşağı səviyyədə icra eləməyə heç kimin haqqı yoxdur. Bu bir səbəbdir ki, bu müsabiqədə heç vaxt tamaşaçıların sms-lə səs verməsi olmayacaq. Ölkənin gələcəyi üçün indidən öyrətmək, mühakimə eləmək, yalnız peşəkarlar yetişdirmək lazımdır. Mən şadam ki, təşkilatçılar üzərlərinə düşən işi öhdəsindən layiqincə gəldilər. 2017-ci ilin fevral ayından regional və paytaxt seçim turları başlayacaq. Artıq biz indidən ölkəmizin regionlarından və qonşu ölkələrdən iştirak etmək üçün ilkin qeydiyat məktubları alırıq, müsabiqə beynəlxalq status daşıyır və daşımalıdır. Bu mədəniyyət və incəsənətin hər il müxtəlif ölkələrdən minlərlə gəni qonaqpərvər ölkəmizdə birləşdirən inanılmaz bayramı olacaq. 2017-ci ildə bu müsabiqə - festival paytaxtımızda həftə ərzində keçiriləcək nominasiyalara uyğun bölünəcək. Keçirilən müsabiqənin qalibləri beynəlxalq tədbirlərdə - WADFdə ( World Art & Dance Federation ) ölkəmizi təmsil etmək hüququ qazandılar. Onların sıralarında 120- dən çox ölkə birləşib".
Əziz Qarayusifli, Humay Süleymanbəyli, Eldar Qafarov, Hökümə Əliyeva, Mənsurə Quliyevadan ibarət münsiflər heyəti, klasik və estrada vokal kateqoriyalı qaliblər tərəfindən fəth edildilər.
Yeni adlar Aygün Kazımova, Faiq Ağayev, İlqar Xəyal, Tünzalə Ağayeva, Abbas Əhməd, Zaur Əmiraslanov, Ülkər Hacıyeva, Səidə Sultan, Dinarə Əliyeva, Pərviz Abdullayev bir vaxtlar müsabiqənin qalibləri olan ulduzların siyahısına daxil olublar. Gənc ifaçıların müsabiqəsində Qran-prini Camal Həşimov Müslüm Maqomayevin ölməz əsəri olan “Sinyaya veçnost" (Синяя Вечность) əsərini inanılmaz ifası ilə qazandı. Bu yeri o, klassik janr ifaçısı Nigar Qarayusifli ilə bölüşüb.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az