...

Uşaq sığınacağının sakinləri Nizami Kino Mərkəzinin qonağı olub (FOTO)

Mədəniyyət Materials 2 Oktyabr 2017 19:32 (UTC +04:00)
“Ümüd” uşaq sığınacağının sakinlərinə animasiya filmi nümayiş olunub.
Uşaq sığınacağının sakinləri Nizami Kino Mərkəzinin qonağı olub (FOTO)

Bakı. Trend:

Bakı şəhər Mədəniyyət və Turizm Baş Idarəsinin “Turizm həftəsi” lahiyəsi çərçivəsində və Nizami Kino Mərkəzinin dəstəyi ilə Binədə yerləşən “Ümüd” uşaq sığınacağının sakinlərinə 3D formatında çəkilmiş ABŞ istehsalı olan “Leqo Nindzyaqo” animasiya filmi nümayiş olunub.

Trend-in məlumatına görə, balaca qonaqlar adından sığınacağın nümayəndəsi uşaqlar üçün hazırlanmış bu tədbirə görə, həmçinin həftə ərzində uşaqlara mənalı və maraqlı gəzintilər təşkil etdikləri üçün baş idarənin əməkdaşları bölmə müdiri Ülkər Mütəllimova və aparıcı məsləhətçi Gülnar Məlikovaya təşəkkürünü bildirib. Sığınacaqda yaşayan, valideyn himayəsindən məhrum olan və müxtəlif səbəblərdən küçə həyatına məruz qalmış uşaqlar üçün bu tədbirlərin böyük mənəvi rolu olduğunu qeyd edib.

Film izləyən uşaqlara popkorn və meyvə şirələri də paylanıb.

Nizami Kino Mərkəzinin rəhbərliyi bu xeyirxah təşəbbüsə daim dəstək olduqlarını qeyd edib.

Xəbər lenti

Xəbər lenti