...

Tarzən Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək

Mədəniyyət Materials 23 Oktyabr 2017 16:28 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 31-də saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində xalq artisti, ustad tarzən Ramiz Quliyevin "Səslən tarım" adlı yaradıcılıq gecəsi keçirilirəcək.

Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Mədəniyyət kanalının birgə layihəsidir.

Konsertdə xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər İlkin Əhmədov, Təyyar Bayramov, Səbuhi İbayev, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Arzu Əliyeva, Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli çıxış edəcəklər.

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri xalq artisti Adil Bağırovdur.

Biletləri şəhərimizin kassalarından, ASAN xidmət mərkəzlərindən və online iticket. az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti