...

Bəstəkar Azad Zahidin 60 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Mədəniyyət Materials 16 Noyabr 2017 20:11 (UTC +04:00)
Noyabrın 29-da bəstəkar Azad Zahidin 60 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Bəstəkar Azad Zahidin 60 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Bakı. Trend:

Azərbaycan Televiziyası "Mədəniyyət" Kanalı, Azərbaycan Radiosu və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə 29 noyabr saat 19:00-da bəstəkar Azad Zahidin 60 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə Respublikanın Əməkdar artisti , Beynəlxalq müsabiqələr lauriatı Gülnaz İsmayılova, Beynəlxalq Müsabiqələr lauriatı Səidə Tağızadə, Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestri iştirak edəcək.

Bədii rəhbər və baş dirijor Nazim Hacıəlibəyovdur.

Eyni zamanda konsertdə Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına xoru iştirak edəcək. Bədii rəhbər və dirijor Şəhla Ələkbərovadır.

Xəbər lenti

Xəbər lenti