...

“Muğam axşamlar”ı layihəsi davam edir

Mədəniyyət Materials 27 Noyabr 2017 18:53 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamlar”ı layihəsi davam edir.
“Muğam axşamlar”ı layihəsi davam edir

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamlar”ı layihəsi davam edir.

Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, noyabrın 29-da saat 19:00 -da “Muğam axşamları” layihəsi çərçivəsində “Dəşti”, ”Qatar”, ”Mirzə Hüseyn Segahı” səslənəcək.

Gecədə Əməkdar müəllim Qəzənfər Abbasov və V Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Ülviyyə Məmmədzadə “Mirzə Hüseyn Segahı”nı, tanınmış xanəndə Nasir Ətəpur “Dəşti” muğamını, müxtəlif illərdə keçirilmiş Televiziya Muğam Müsabiqəsinin iştirakçıları Nüsabə Kərimli və Gülnar Qüdrətli “Qatar” muğamını ifa edəcəklər.

Xanəndələri “Buta” instrumental ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri tarzən Rövşən Qurbanovdur.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti