...

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar filmlər nümayiş olunacaq

Mədəniyyət Materials 29 Mart 2018 13:23 (UTC +04:00)

Bakı. Trend:

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 30 mart 2018-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə erməni daşnaklarının xalqımıza qarşı törətdiyi cinayətlərdən bəhs edən, rejissorlar Ələkbər Muradovun “Yaddaşın rəmzi. Quba-1918” və Zamin Məmmədovun “Xocalının zamini” sənədli filmləri nümayişi olunacaq.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti