...

Violonçel ifaçısı Eldar İsgəndərovla görüş keçirilib (FOTO)

Mədəniyyət Materials 7 Fevral 2019 06:20 (UTC +04:00)
Violonçel ifaçısı, xalq artisti, professor Eldar İsgəndərovla görüş keçirilib.
Violonçel ifaçısı Eldar İsgəndərovla görüş keçirilib (FOTO)

Bakı. Trend:

Görkəmli dirijor Niyazinin mənzil - muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin təşkilatçılığı ilə violonçel ifaçısı, xalq artisti, professor Eldar İsgəndərovla görüş keçirilib.

İlk öncə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar, əməkdar incəsənət xadimi Elnara Dadaşova, xalq artisti, bəstəkar Azər Dadaşov, əməkdar artist, skripka ifaçısı Leonid Barştak və digər çıxışçılar sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Sonra E.İsgəndərov görüş iştirakçılarının suallarını cavablandırıb, yaradıcılıq planları haqqında məlumat verib, tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.

Tədbir R.Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri, o cümlədən məktəbin kamera ansamblı, violonçel ansamblı və kiçik simfonik orkestri tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti