...

Muğam Mərkəzində musiqi məktəbinin konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Fevral 2019 08:51 (UTC +04:00)
Horadiz şəhər Muğam Mərkəzində “Ana Vətən” adlı konsert keçirilib
Muğam Mərkəzində musiqi məktəbinin konserti keçirilib (FOTO)

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Bakı şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin “Ana Vətən” adlı konsert proqramı təşkil olunub.

Trend-in məlumatına görə, tədbirdən öncə foyedə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfininin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, şəhər əhalisi iştirak edib.

Məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdən sonra 4 nömrəli uşaq incəsənət məktəbinin kollektivi Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini və aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti