...

Tamara Sinyavskaya və digər rusiyalı ulduzlar Emin Ağalarovu dəstəklədi (FOTO/VİDEO)

Mədəniyyət Materials 13 Dekabr 2019 14:29 (UTC +04:00)
Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) dekabrın 11-də Moskvada “Crocus City Hall” zalında konsert verib
Tamara Sinyavskaya və digər rusiyalı ulduzlar Emin Ağalarovu dəstəklədi (FOTO/VİDEO)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) dekabrın 11-də Moskvada “Crocus City Hall” zalında konsert verib.

Trend-in məlumatına görə, bu, musiqiçinin sayca yubiley, 10-cu anşlaq konserti olub.

Konsert çərçivəsində EMIN yeni “Devoçka moya” albomunu təqdim edib.

Konsertdə xüsusi yeri müğənninin hər il ifa etdiyi Müslüm Maqomayevin “Sinyaya veçnost” mahnısı tutub. Konsertdə sonra Müslüm Maqomayevin dul xanımı, SSRİ-nin xalq artisti Tamara Sinyavskaya EMIN-ə gül dəstəsi təqdim edib.

Konserti izləyənlər arasında Aleksey Çumakov, Yuliya Kovalçuk Brendon Stoun, Slava kimi ulduzlar da olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti