...

Bakı Musiqi Akademiyasında "Şəhidlərin xatirəsinə..." adlı konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 28 Sentyabr 2022 13:06 (UTC +04:00)
Bakı Musiqi Akademiyasında "Şəhidlərin xatirəsinə..." adlı konsert keçirilib (FOTO)

Bakı. Trend:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında "Şəhidlərin xatirəsinə..." adlı konsert keçirilib.

Öncə 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra konsert açıq elan olundu.

Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının müəllimləri-professorlar, Xalq artistləri Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, dosentlər Züleyxa Abdulla, Nərgiz Salmanlı, Aynur Xəlilova, baş müəllim Sevda Məmmədli, Beynəlxalq müsabiqələr laureatı Səbinə Qasımova ifalarını dinləyicilərə təqdim etdilər.

Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət olan konsert proqramında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Qara Qarayevin "Afroditanın adası" tamaşasından pyes, "Prelüd", Nazim Əliverdibəyovun "Bayatı Şiraz", Fikrət Əmirovun "Sevil" operasından Sevilin ariyası, Azər Rzayevin "Düşüncə", İohan Sebastian Baxın "Prelüdiya və fuqa" (Y.T.K l cild h moll), Tomazo Albinioninin "Adajio", İohan Bramsın Orqan xoral prelüdü, Cakomo Puççininin "Bohema" operasından "Müzettanın valsı", Erik Satinin "Qnossyen", Sevda Məmmədlinin "Laçın" və sonda Fərhad Bədəlbəylinin "Ave Mariya", "Şuşa xatitələri" əsərləri ifa olundu.

Musiqiçilərin ifası gurultulu alqışlarla qarşılandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti