...

MDB Müşahidə Missiyası Azərbaycanda seçki prosesini yüksək qiymətləndirir

Seçki 2015 Materials 21 Oktyabr 2015 18:58 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Xələf Xələfov MDB İcraiyyə Komitəsinin sədr müavini, MDB Müşahidə Missiyasının rəhbəri Vladimir Qorkunu və missiyanın qərargahının başçısı Yevqeniy Slobodanı qəbul edib.
MDB Müşahidə Missiyası Azərbaycanda seçki prosesini yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Xarici işlər nazirinin müavini Xələf Xələfov MDB İcraiyyə Komitəsinin sədr müavini, MDB Müşahidə Missiyasının rəhbəri Vladimir Qorkunu və missiyanın qərargahının başçısı Yevqeniy Slobodanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, X.Xələfov qarşıdan gələn parlament seçkilərinin demokratik və şəffaf mühitdə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü və seçkilərin müşahidə edilməsi üçün beynəlxalq tərəfdaşlara dəvətlərin göndərildiyini qeyd etdi. Nazir müavini seçki prosesində müşahidə missiyalarının öz vəzifələrini maneəsiz yerinə yetirməsi üçün lazımi şəraitin yaradıldığını nəzərə çatdıraraq, MDB müşahidə missiyasının seçki prosesində fəal iştirak edəcəyinə əminliyini ifadə etdi. O, xarici müşahidəçilərlə bərabər, seçkilərin çoxsaylı yerli müşahidəçilər tərəfindən də yaxından izlənəcəyi barəsində məlumat verdi.

MDB Müşahidə Missiyasının rəhbəri müşahidəçilər üçün yaradılmış şəraiti və seçki prosesini yüksək qiymətləndirdiklərini vurğuladı. O, rəhbərlik etdiyi missiyanın seçkilərin müşahidəsini həyata keçirərkən obyektivlik, tərəfsizlik, siyasi qruplara dəstək verməmək və ölkənin daxili işlərinə qarışmamaq kimi prinsipləri rəhbər tutduğunu bildirdi.

V.Qorkun qarşıdan gələn seçkilərdə ölkəmizə uğurlar arzuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti