...

“ELS” seçkilərdə 118 dairə üzrə 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

Seçki 2015 Materials 28 Oktyabr 2015 11:40 (UTC +04:00)
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Trend İnformasiya Agentliyinin maliyyə və informasiya dəstəyi ilə Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə “exit poll” keçirməsi ilə bağlı bu gün mətbuat konfransı keçirib.
“ELS” seçkilərdə 118 dairə üzrə 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

Azərbaycan, Bakı, 28 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Trend İnformasiya Agentliyinin sifarişi ilə Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə "exit poll" keçirməsi ilə bağlı bu gün mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, Mərkəzin sədri İradə Yaqubova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və "exit poll" keçirməsi qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəzin "exit poll" keçirmək sahəsində geniş təcrübəsi var: "Bizim təşkilatımız 2008-ci ildən bəri keçirilən bütün seçkilərində "exit poll" keçirib".

İ.Yaqubova bilirib ki, Mərkəz 118 dairə üzrə 1180 seçki məntəqəsində "exit poll" keçirəcək: "Naxçıvan Muxtar Respublikası istisna olmaqla "exit poll" Azərbaycanın bütün rayonlarını əhatə edəcək. "Exit poll"un nəticələri seçki günü saat 20:00-a qədər açıqlanacaq".

Mərkəz sədri bildirib ki, hazırda "exit poll" keçirəcək kadrların təlimləri başa çatıb və bu gündən etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayacaq.

İ.Yaqubovanın sözlərinə görə, Mərkəzin ümumilikdə 10 minə yaxın kadrı var: "Bu dəfəki "exit poll"un keçirilməsində 2600-ə qədər kadr cəlb olunacaq. Çalışırıq ki, əsasən gəncləri cəlb edək ki, onların da seçki təcrübəsi olsun".

Onun sözlərinə görə, kadrlar könüllülük prinsipləri ilə fəaliyyət göstərir: "Lakin kadrlara yol xərcləri və digər xərclər üçün müəyyən vəsait verilir. Ümumilikdə, bu dəfəki "exit poll"un keçirilməsinə 33 min manat vəsaitin xərclənməsi nəzərdə tutulur".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 20-də keçirilən iclasında "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin Milli Məclisə seçkilərdə "exit poll" keçirməsi ilə bağlı müraciətinə baxılıb və müsbət qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti