Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Milli Məclisə seçkilərdə səsvermə başlayandan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumilikdə 58 müraciət daxil olub.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Onun sözlərinə görə, müraciətlər əsasən məlumat xarakterli olub: "Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".