...

Seçicilərin yarıdan çoxu səsvermədə iştirak edib

Seçki 2015 Materials 1 Noyabr 2015 17:18 (UTC +04:00)
Saat 17:00-a olan məlumata görə, Milli Məclisə seçkilərdə 2 605 948 seçici səs verib.
Seçicilərin yarıdan çoxu səsvermədə iştirak edib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Saat 17:00-a olan məlumata görə, Milli Məclisə seçkilərdə 2 605 948 seçici səs verib.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 17:00-a olan məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 50,1 faiz təşkil edib.

R.Gülməmmədov bildirib ki, ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində (78,8 faiz), ən aşağı seçici fəallığı isə 31 saylı Suraxanı ikinci seçki dairəsində qeydə alınıb (31,9).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti