...

Baş İdarə: "Qaynar xətt"ə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb

Gündəm Materials 17 Yanvar 2018 10:31 (UTC +04:00)
2017-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt”inə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb.
Baş İdarə: "Qaynar xətt"ə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt”inə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub: "2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin sayı 1309 vahid (23,8%) azalıb ki, bu da “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır".

Baş İdarə rəisi bildirib ki, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilərək aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti