...

Orqan transplantasiyası ilə bağlı müraciətlərin sayı çoxalıb

Gündəm Materials 22 Yanvar 2018 12:12 (UTC +04:00)
Milli Məclisin Səhiyyə komitəsinə orqan transplantasiyası ilə bağlı edilən müraciətlərin sayı çoxdur.
Orqan transplantasiyası ilə bağlı müraciətlərin sayı çoxalıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Milli Məclisin Səhiyyə komitəsinə orqan transplantasiyası ilə bağlı edilən müraciətlərin sayı çoxdur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlər əsasən, ödənişsiz əməliyyatların aparılması, orqan transplantasiyası ilə bağlıdır.

Ə.Əmiraslanov bildirib ki, uşaqların bəzilərində anadangəlmə ürək qüsurları olur: "Bunun üçün bu ilin dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb".

Ə.Əmiraslanov qeyd edib ki, 2018-ci ilin yaz sessiyası ərzində “Psixoloji yardım haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, Unun icbari zənginləşdirilməsi, “Optika və optikaçılıq haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanun layihəsi ilə bağlı dinləmələr həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti