...

Uşaqların yay istirahəti üçün "qaynar xətt" yaradılır

Gündəm Materials 25 May 2018 16:07 (UTC +04:00)
Uşaqların yay istirahəti üçün "qaynar xətt" yaradılır.
Uşaqların yay istirahəti üçün "qaynar xətt" yaradılır

Bakı. Trend:

Mayın 28-dən Rusiya ərazisində uşaqların yay istirahəti və uşaq mallarının satışı üzrə "qaynar xətt" işə düşəcək.

Trend-in məlumatına görə, "Rospotrebnadzor"un ölkə üzrə "qaynar xətt"i işə salmaqda məqsədi əyləncənin və məhsulun keyfiyyətinə nəzarəti gücləndirməkdir.

Nəzarət olunan məhsullara uşaq geyimləri, ayaqqabılar, oyuncaqlar aiddir və ən əsası istirahət edəcəyi düşərgənin sanitar-gigiyenik tələblərə əməl etməsidir.

Yay istirahəti günlərində 5 milyon uşağın dincələcəyi 43 min düşərgə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti