Bakı. Samir Əli - Trend:
Azərbaycanda ötən il qanunsuz orqan transplantasiyası faktı aşkarlanmayıb.
Trend-in məlumatına görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Ramil Kazımov bildirib.
O qeyd edib ki, təmsil etdiyi qurum bu məsələ ilə bağlı sosial şəbəkələr üzərində də monitorinq aparır:
"Bununla bağlı mütəmadi monitorinqlər aparılır. Bu barədə bizim idarəyə 1 müraciət daxil olmuşdu. Lakin araşdırma aparılandan sonra təsdiqini tapmadığı üçün işə xitam verildi".
R.Kazımov deyib ki, Azərbaycanda əsasən bu tip cinayətlərə rast gəlinmir.