...

Masallıda 20 yaşlı qız kafedə ölümcül bıçaqlandı

Gündəm Materials 3 İyul 2018 11:18 (UTC +04:00)
Masallı rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
Masallıda 20 yaşlı qız kafedə ölümcül bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Masallı rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayon mərkəzindəki "SCAR" kafesində baş verib.

Rayon sakini, 1996-cı il təvəllüdlü Hacıyev Cəfər Asif oğlu əvvəllər tanıdığı rayon sakini, 1998-ci il təvəllüdlü Abdullayeva Aysel Ədil qızı ilə mübahisə edib.

Mübahisə nəticəsində C.Hacıyev üzərində gəzdirdiyi qatlanan bıçaqla Ayselin bədəninin müxtəlif nayihələrinə qəsdən zərbələr vuraraq daxilə keçən ağır bədən xəsarətləri yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti