...

QMİ: Ümumdünya Səhiyyə Təşkilatından xahiş olunub ki, radikalizm xəstəliklər siyahısına salınsın

Gündəm Materials 10 İyul 2018 13:09 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Mən birmənalı olaraq, bəyan edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi yarandıqdan sonra, ən azı müstəqillik dönəmində onun tərkibində bir dənə də olsun radikal qrup, radikal cərəyan olmayıb. Azərbaycanda islam təmayüllü bu cür cərəyanların olmamasını söyləmək fikrində deyiləm. Amma onların məhz QMİ-nin strukturunda, icmalarında yaranmasını təkzib edirəm".

Trend-in məlumatına görə, bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov deyib.

Onun sözlərinə görə, islam dininin radikalizmlə heç bir əlaqəsi yoxdur: "Ümumiyyətlə, bütün səmavi dinlər səbr və təmkin konsepsiyasına əsaslanır. Oksford Universitetinin bir professoru radikalizmi psixoloji xəstəlik adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatından xahiş olunub ki, radikalizm xəstəliklərin siyahısına salınsın. Həqiqətən də dini radikalizmin mahiyyətini araşdırdıqda onun psixoloji xəstəlik olması qənaətinə gəlirsən".

S.Həsənov onu da qeyd edib ki, son illər ərzində Azərbaycanda dini radikalizmin qarşısının alınması üçün çoxsaylı tədbirlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti