...

DİM sədri: 11-ci sinif şagirdləri üçün keçirilən sonuncu sınaq imtahanın nəticələrindən tam razı deyilik

Gündəm Materials 17 Noyabr 2018 13:13 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Oktyabr ayında 11-ci sinif şagirdləri üçün keçirilən sınaq imtahanın nəticələrindən tam razı deyilik.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, sınaq imtahanı 11-ci sinfin proqramını tam əhatə etmirdi:

"10-cu sinfin bazası əsasında sınaq imtahanı keçirdik. Belə sınaq imtahanı yazda da keçiriləcək. Bu zaman 11-ci sinif standartlarına aid olan yeni tapşırıqlardan da istifadə olunacaq. Bu, ilkin imtahan idi. Nəticələrdən tam razı olduğumuzu deyə bilmərik. Amma humanitar sahədə olan nəticələr elə də pis deyil. Ana dilindən olan nəticələr ildən-ilə yaxşılaşır. Amma texniki fənlərdən, xüsusilə riyaziyyatdan olan nəticələr bizi o qədər də qane etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti