...

Naxcıvan MR-da düşən yağıntının miqdarı 61 millimetr olub

Gündəm Materials 23 Noyabr 2018 12:52 (UTC +04:00)
Noyabrın 22-si gündüzdən 23-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb
Naxcıvan MR-da düşən yağıntının miqdarı 61 millimetr olub

Bakı. Trend:

Noyabrın 22-si gündüzdən 23-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan MR-nın bəzi yerlərində intensiv olub.

Düşən yağıntının miqdarı Naxcıvan MR-da 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 17 sm təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti