...

Bakıda itkin düşmüş 20 yaşlı qız tapıldı - Rəfiqəsigildə imiş...

Gündəm Materials 3 Dekabr 2018 17:32 (UTC +04:00)
Bakıda itkin düşən 20 yaşlı qız tapılıb
Bakıda itkin düşmüş 20 yaşlı qız tapıldı - Rəfiqəsigildə imiş...

İlk xəbər saat 14:47-də yayımlanıb

Bakı. Samir Əli - Trend:

Bakıda itkin düşən 20 yaşlı qız tapılıb. Bu barədə Trend-ə itkin düşmüş qız Müjgan Məmmədovanın anası A.Rüstəmova bildirib.

O bildirib ki, qızı M.Məmmədova rəfiqəsigildə olub, lakin bu barədə evə məlumat verməyib. Hadisə ilə bağlı polisə məlumat veriləndən sonra, qızı tapılıb.

X X X

Bakıda 20 yaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 8Ş, mənzil 296-da yaşayan Rüstəmova Aynur Nurəddin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 30-da səhər saatlarında idman zalında qeydiyyat şöbəsində işləyən qızı, 1998-ci il təvəllüdlü Məmmədova Müjgan Eldar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti