...

Lənkəranda dəhşət - 18 yaşlı ana 7 aylıq körpəsini bətnində öldürdü

Gündəm Materials 11 Dekabr 2018 07:00 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Lənkəranda ana öz körpəsini bətnində öldürüb.

Trend-in məlumatına görə, hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib.

Dekabrın 10-da gecə saat 01 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb.

Araşdırmalar zamanı X.Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən dünyaya gətirəcəyi qız uşağının xəstə olduğunu bilib. Buna görə də o, uşağın ölməsi üçün dekabrın 9-da dərman qəbul edib.

Nəticədə dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti