...

Azərbaycanda 60 yaşlı ruhi xəstə özünü bıçaqladı

Gündəm Materials 5 Fevral 2019 22:31 (UTC +04:00)
Azərbaycanda ruhi xəstə özünü bıçaqlayıb.
Azərbaycanda 60 yaşlı ruhi xəstə özünü bıçaqladı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda ruhi xəstə özünü bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə bu gün Gəncə şəhərində baş verib. Şəhər sakini 1969-cu il təvəllüdlü İyəddin Məmmədov bıçaqla özünə xəsarətlər yetirib.

Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan İ.Məmmədova ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, xoşbəxtlikdən bıçaq yaşlı kişinin qarın boşluğunu zədələyib.

Hazırda özünə xəsarət yetirən şəxs polis nəzarəti altındadır. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti