Bakı. Trend:
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə cəlb edilən raket və artilleriya qoşunlarının bölmələri marş keçirərək atəş mövqelərini tutublar.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin niyyətinə uyğun olaraq ehtiyat atəş mövqelərinə çıxarılan reaktiv artilleriya divizionları qoşunların hücumuna praktiki atəşlə dəstək vermək və şərti düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşır.