...

Şəkidə Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulması həyata keçirilir (FOTO)

Gündəm Materials 16 Aprel 2019 15:39 (UTC +04:00)
Çələbixan qəsəbəsində yerləşən Tütün İstehsalı və EmalıMəntəqəsinin yenidən qurulması işləri həyata keçirilir.
Şəkidə Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulması həyata keçirilir (FOTO)

Bakı. Mətanət Nəsibova - Trend:

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ciillər üçün Dövlət Proqramı”nın uyğun maddələrindən irəli gələn tələblərin yerinə yetirilməsi məqsədi ilə Şəki rayonunun Çələbixan qəsəbəsində yerləşən Tütün İstehsalı və EmalıMəntəqəsinin yenidən qurulması işləri həyata keçirilir.

Bu məqsəd ilə Şəki Şəhər İcra Hakimiyyətitərəfindən bütün müvafiq qurumlardan müsbət rəy alınmaqla mövcud Tütün İstehsalı və Emalı Məntəqəsi ilə yanaşı, ərazidə 0.90 ha torpaq sahəsi ayrılıb, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sifarişi əsasında “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən layihə-smetasənədləri hazırlanıb və obyektin eskiz layihəsi Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Layihəyə əsasən yeni yaradılacaq sahədə 30 ədəd müasir odla qurutma kameralarının, anbar binasının, kameralaraltı platformanın, kameralar üçün talvarın, operatorotağının, pompaxananın, tutumu 150 kub metr olan 2 ədəd yanğınsöndürmə üçün su anbarının, tutumu 20 kub metr olan təsərrüfat-içməli su anbarının, istilik məntəqəsinin və çirkab su anbarının tikintisi, eləcə də çeşıdləmə sahəsinin yaradılması nəzərdə tutulub.

Hal-hazırda obyektdə ərazinin planlaşdırılması, mövcud yerüstü və yeraltı kommunikasiya xəttlərinin ərazidən kənarlaşdırılması, qurutma kameralarının monolit dəmir-beton özülünün quraşdırılması, hasarın 50 faizdən artıq tikintisi işləri başa çatdırılıb.

Tikintinin tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti