...

“Sarsılmaz qardaşlıq - 2019” təlimində iştirak etmək üçün Türkiyəli hərbçilər Naxçıvana gəlib (FOTO/VİDEO)

Gündəm Materials 3 İyun 2019 22:03 (UTC +04:00)
İyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq - 2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikası Naxçıvana gəlib
“Sarsılmaz qardaşlıq - 2019” təlimində iştirak etmək üçün Türkiyəli hərbçilər Naxçıvana gəlib (FOTO/VİDEO)

Bakı. Trend:

İyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq - 2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikası Naxçıvana gəlib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti