...

Su xəttində qəza - Yolda qazıntı aparılır (FOTO)

Gündəm Materials 14 İyun 2019 15:48 (UTC +04:00)
Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində yenidən qəza baş verib.
Su xəttində qəza - Yolda qazıntı aparılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində yenidən qəza baş verib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işləri aparılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti