...

Bakıda kommersiya obyektləri və torpaq bazarında qiymətlər cüzi artıb

Gündəm Materials 29 İyul 2019 20:37 (UTC +04:00)
Bu ilin may ayında Bakıda kommersiya obyektləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,91 faiz bahalaşıb
Bakıda kommersiya obyektləri və torpaq bazarında qiymətlər cüzi artıb

Bakı. Mətanət Nəsibova - Trend:

Bu ilin may ayında Bakıda kommersiya obyektləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,91 faiz bahalaşıb.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətindən bildiriblər.

2019-cu ilin mayında kommersiya obyektlərinin bir kvadrat metrinin qiyməti 2645 manat təşkil edib. Ötən ilin may ayında isə bu rəqəm 2621 manata bərabər idi.

Torpaq bazarına gəldikdə isə, bu seqmentdə artım müşahidə olunub.

Bu ilin may ayında torpağın 100 kvadrat metri üçün qiymət 22 556 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,87 faiz çoxdur.

Bağ evləri bazarında da artım müşahidə olunub. Belə ki, 2019-cu ilin may ayında bağ evləri ötən ilin may ayı ilə müqayisədə 2 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti