...

Bu yollarda rənglənmə işləri aparılacaq

Gündəm Materials 6 Avqust 2019 15:19 (UTC +04:00)
Daxili yollarda üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu yollarda rənglənmə işləri aparılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti