Bakı. Samir Əli - Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır. B
ayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı və tam sönənədək nəzarətdə saxlanılmalıdır.
Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın ki, qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!