...

Yuta ştatında "Karabakh is Azerbaijan" şüarı yazılan lövhələr quraşdırılıb

Gündəm Materials 11 Noyabr 2020 18:17 (UTC +04:00)
Yuta ştatında "Karabakh is Azerbaijan" şüarı yazılan lövhələr quraşdırılıb

Bakı. Trend:

ABŞ-ın Yuta ştatının Solt Leyk şəhərinin mərkəzi yollarında “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, lövhələrin quraşdırılmasının təşəbbüskarı Yuta ştatında Azərbaycan icmasının təmsilçisi Faiq Səfərlidir. Soydaşımız bildirib ki, lövhələrdən biri Pasefik Prospekti 80 ünvanında, digər isə Solt Leyk şəhər Polis idarəsi binasının yanında quraşdırılıb.

O, bu ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti