...

Erməni təcavüzü nəticəsində əhaliyə dəymiş ziyan hesablanır

Gündəm Materials 13 Noyabr 2020 14:22 (UTC +04:00)
Erməni təcavüzü nəticəsində əhaliyə dəymiş ziyan hesablanır

Bakı. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyası müharibə dövründə ziyan çəkən Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Gəncə, Beyləqan, Goranboy, Naftalan və digər ərazilərə ezam olunub.

Komissiya üzvü Elşən İbrahimov Trend-ə açıqlamasında bildirib ki, artıq komissiya üzvləri yerlərdə hadisə nəticəsində ziyan dəymiş əraziləri müəyyənləşdirir:

"İlkin olaraq inventarlaşma aparırıq. Komissiya erməni təxribatı nəticəsində ziyan çəkən ev, obyekt, inzibati binalar, mal-qara tələfatı, nəqliyyat vasitələri və digərdövlət və şəxsi əmlaklarla bağlı araşdırmalar aparır. Yaxın vaxtlarda dəymiş ziyan müəyyən ediləndən sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti