...

Bakıda daha bir idarəolunan işıqfor quraşdırılıdı (FOTO)

Gündəm Materials 16 Dekabr 2020 14:46 (UTC +04:00)
Bakıda daha bir idarəolunan işıqfor quraşdırılıdı (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyi səviyyəsi artırılıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, sıx məskunlaşmanın və təhsil müəssələrinin olduğu bu küçədə mövcud eyni səviyyəli piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor obyektləri quraşdırılıb.

Nəticədə ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib, inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub, svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss edilə bilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizliyi maksimum həddə çatdırılıb.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi, nizamlanan eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti