Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin qaydaları pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan dörd işçi barədə inzibati qaydada tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.