...

Yaponiyada güclü qar səbəbindən 140 uçuş təxirə salındı

Gündəm Materials 31 Dekabr 2020 08:59 (UTC +04:00)
Yaponiyada güclü qar səbəbindən 140 uçuş təxirə salındı

Bakı. Trend:

Yapon aviaşirkətləri şimal əyalətlərində və Yapon dənizi sahili boyunca bölgələrdə güclü qar yağmaları səbəbindən ən azı 143 daxili uçuşu təxirə salıb.

Trend-in məlumatına görə, cədvəl dəyişiklikləri əsasən Osaka və Tokionun Hokkaydo adası və Honsyu adasının şimalındakı marşrutlara aiddir.

Axşam saatlarında Yamaqata prefekturası ərazisindəki xəttdə hava əlaqəsi dayandırılacaq. Bundan əlavə, Kyusyu adasının cənub-qərbindəki magistral yollardan birində trafikin bağlandığı bildirilir.

İvate prefekturasında bir nəfər qar yağıntılarını təmizləyərkən traktorla çaya düşüb və həlak olub.

Şiddətli yağış Yaponiyada bir neçə gün davam edəcək. Sinoptiklərin məlumatına görə, yanvarın 2-si səhərədək ölkənin dəniz sahillərinə 1 m-ə qədər qar düşə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti