Bakı. Elnur Bağışov – Trend:
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari İranda ötən sutka ərzində 102 nəfər koronavirusdan (COVID 19) vəfat etdiyini bildirib.
Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, ölkədə bu virusdan ölənlərin sayı 55 540 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 960 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 243 434 nəfərə çatıb. Virus daşıyıcılarından 4 953 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 013 018 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 7,77 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 4 rayon qırmızı zona, 43 rayon narıncı zona və 401 rayon sarı zona hesab olunur.