...

DİN Ağcabədidə polisin rüşvət alması iddiasına aydınlıq gətirdi

Gündəm Materials 9 Yanvar 2021 13:06 (UTC +04:00)
DİN Ağcabədidə polisin rüşvət alması iddiasına aydınlıq gətirdi

Bakı. Samir Əli - Trend:

Qərəzli olaraq polisə rüşvət verdiyini iddia edən Ağcabədidə yaşayan şəxsdən bir nəfər soruşmur ki, dəfələrə edilən xəbərdarlıqlara baxmayaraq, müvafiq tibbi təhsili olmayan şəxs stomatoloji xidmət göstərə bilərmi?

Bunu Trend-ə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ağcəbədi rayonunda polisin rüşvət alması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

Qurum rəsmisi qeyd edib ki, rayon mərkəzində yerləşən evinin qarşısında qanunsuz olaraq, karantin rejim qaydalarını kobu şəkildə pozaraq, sanitar gigiyenik qaydalara əməl etmədən stomatoloji xidmət – “Diş Həkimi” kimi fəaliyyət göstərən şəxsə polis tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, pandemiya şəraitində onlarla şəxsə eyni vaxtda tibbi xidmətlər göstərməsi müəyyən olunub: "Sonuncu dəfə yanvarın 3-də tibbi qaydalara, müvafiq qoruyucu vasitələrdən istifadə etmədən bir azyaşlının dişini çəkərkən aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunub və həmin şəxs cəriməni yanvarın 7-də ödəyib. Lakin onu polisə verdiyi rüşvət kimi dəyərləndirir.

Göstərilənləri nəzərə alaraq, Vətən Müharibəsində sanitar kimi xidmət etdiyini vurğulayan şəxs, onun qanunsuz əməllərinə göz yumulmasını, pandemiya şəraitində fəaliyyətinə icazə verilməsini istəyir. Görünən odur ki, sosial şəbəklərdə yayılan məlumatlar tam əsassızdır, vətəndaşa qarşı heç bir qanunsuz tədbir tətbiq olunmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti