Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir

Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir

Bakı. Trend:

Yanvarın 15-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videokonfrans formatında geniş kollegiya iclası keçirilib. İclasda dövlətimizin başçısının 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüşdə çıxış edən nazir 2020-ci ilin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə xalqımızın Qarabağın azadlığı uğrunda apardığı Vətən müharibəsində Qələbəsi - Zəfər ili kimi yadda qaldığını vurğulayıb.

Dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə, o cümlədən yanvarın 14-də Qarabağın tacı, mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin və Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının təməlinin qoyulmasının doğma torpaqlarımızın dirçəldilməsinin və Böyük Qayıdışın təminatı olduğunu qeyd edib.

Bildirib ki, Prezident İlham Əliyevin ölkə başçısı kimi 17 illik fəaliyyəti ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, onun iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə yönələrək bu möhtəşəm qələbəmizi şərtləndirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır”. Nüfuzlu beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizin inklüziv inkişaf indeksi üzrə 3-cü yerdə olması, dövlətin siyasi sabitliyi təmin etməsinə və hökumətin uzunmüddətli strategiyasına görə 10-11-ci yerlərdə qərarlaşması və bir daha dünyanın ən islahatçı 10 ölkəsi sırasına daxil edilməsi bunun əyani təzahürüdür.

Kollegiyada qarşıda duran ən mühüm vəzifənin işğaldan azad edilmiş ərazilərin bərpası olduğu vurğulanaraq bununla bağlı təxirəsalınmaz məsələlərin həlli və fəaliyyətin əlaqələndirilməsi üçün ölkə Prezidenti tərəfindən Əlaqələndirmə Qərargahının yaradıldığı vurğulanıb. Bununla əlaqədar ədliyyə orqanları tərəfindən fəaliyyətin Qərargahla koordinasiyada qurulması və qarşıda duran vəzifələrin mütəşəkkil icrası ilə bağlı tədbirlər müəyyən edilib.

İclasda Ədliyyə Nazirliyinin 2020-ci ildə fəaliyyətinin yekunları müzakirə olunaraq qlobal pandemiya şəraitində fəaliyyətin təşkili üzrə zəruri profilaktik işlərin aparıldığı, ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığın asanlaşdırılması məqsədilə innovasiyaların tətbiqinin genişləndirildiyi, vətəndaşların müraciətləri və qəbulu işinin, əhaliyə göstərilən ədliyyə xidmətlərinin elektron qaydada həyata keçirildiyi vurğulanıb.

Məlumat verilib ki, 2020-ci ildə nazirlik tərəfindən 1800-dək qanunvericilik aktı layihəsi hazırlanıb, 3300-ə yaxın akt hüquqi ekspertizadan keçirilib, 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib, 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb. Bu əməliyyatlarla bağlı 7 milyon manat vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 36 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb. “Mobil notariat”ın funksionallığı artırılaraq, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib. Həmçinin çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 7 siyasi partiya, habelə 145 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 45 mətbu nəşr uçota götürülüb.

İclasda məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi ilə bağlı tədbirlərin davam etdirildiyi, bu sahədə xarici təcrübənin öyrənilməsi üçün beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulduğu bildirilib, 409 min icra sənədinin icrasının təmin edildiyi, 700 milyon manat vəsaitin fiziki və hüquqi şəxslərə, habelə vergi borcları üzrə büdcəyə ödətdirildiyi qeyd olunub, borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin videoəlaqə vasitəsilə həyata keçirilməsi imkanının yaradıldığı vurğulanıb.

Məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 35 minə yaxın işə baxılıb, bələdiyyələrin 77 mindən çox aktı inzibati nəzarət qaydasında yoxlanılıb, qanunsuz ayrılmış 8200 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib.

Kollegiyada, həmçinin ədalət mühakiməsinin həyata keçirilməsi, müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər qeyd edilib, məhkəmə proseslərinin videoformatda keçirilməsi imkanının yaradıldığı, habelə cinayət işlərinə də videoəlaqə ilə baxılması üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edildiyi diqqətə çatdırılıb. “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün Dünya Bankı ilə birgə görülən əməli tədbirlər vurğulanıb.

İclasda dövlətimizin başçısının bütün sahələrdə islahatlarının davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, büdcə xərclərinə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməməsi ilə bağlı və digər tapşırıqları diqqətə çatdırılaraq ədliyyə fəaliyyətinin Prezident İlham Əliyevin yüksək tələbləri səviyyəsində qurulması, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyinin, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub. Nazirliyin fəaliyyət istiqamətləri üzrə əsas prioritetlər, o cümlədən ədliyyə sahəsində işin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, kadr korpusunun peşəkar və mənəvi cəhətdən saf işçilərlə komplektləşdirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi, regional idarələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə olunması və sair ilə bağlı konkret tapşırıqlar verilib.

Sonda bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.

Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır
Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır
Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb
İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
Siyəzəndə şəhid ailəsinin evinə qaz verilib
Ölkədə siyasi dialoqun daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradılıb - Səttar Möhbalıyev
Sabah Lavrovla Çavuşoğlu görüşəcək
Gəncə-Naxçıvan aviareysinin bərpası məsələsinə yenidən baxılacaq
İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərin ailə üzvlərinin müayinə və müalicəsi davam edir (FOTO)
Füzulidə növbəti dəfə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb (FOTO/VİDEO)
Gəncədə ana və 2 azyaşlı övladının ölümü ilə bağlı cinayət işi açıldı
Azərbaycanda yeni universitet yaradılır
Şəkərli diabet xəstələrinin sayı 2,5 dəfə artıb
Ötən il 10 mindən çox müəllim kənd məktəblərində fəaliyyətə başlayıb
İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
Azərbaycanda 7 minə yaxın əcnəbi təhsil alır
Əməkdar artist atasından sonra anasını da koronavirusa görə itirdi
YAP-ın sədr müavini kollektivə təqdim olunub (FOTO)
5 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi şəhid anaları ilə görüşüb (FOTO)
Qarabağdakı tikinti Azərbaycanın inşaat sektorunda artıma səbəb olacaq - "Global Data"
Paşinyan istefa verir? - Şərt kəsildi
Bakıda üzərinə dəmir parçası düşən qadının ölümü ilə bağlı cinayət işi başlandı
Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır
Polis heroin alverçilərinə qarşı əməliyyat keçirdi, 16 kiloqram narkotik aşkarladı (FOTO/VİDEO)
Sevdiyi qız oğlanın üzərinə spirt töküb yandırıb
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
Aİ şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçib
Yerevanda prezident iqamətgahının qarşısında aksiya keçirilir
Nazirlər Kabinetinin hesabatı parlamentə daxil olub
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
Qeyri-rəsmi məşğulluqla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir
Naxçıvanda daha bir sabiq nazir həbs edilib
Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təsdiq edildi
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır
“Modern Diplomacy” portalında “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq” adlı məqalə dərc olunub
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı maarifləndirmə aparılmalıdır - Deputat
Aİ ilə "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin nəticələrini müzakirə edirik - Nazir
Qarabağ sülh müqaviləsinin icrası davamlı sülh və təhlükəsizlik üçün əsas amildir - "Azernews" qəzeti
Öz yaxınlarınıza və tərəfdaşlarınıza “Xurcun Luxury Nuts, Sweets & Dried fruits” ilə birgə sevinc bəxş edin (FOTO)
Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
YAP milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək - Naqif Həmzəyev
Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
Qubadlı və Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Bu günə kimi 4 527 şəxs öhdəliyə götürülüb - "YAŞAT" Fondu
Bərdədə mənzil qarət edən dəstə saxlanıldı (FOTO)
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb
Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb
138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ötən həftə 455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
Köhnə kafedən qumbara aşkarlandı
Ermənistan 30 il işğalda saxladığı ərazilərdə misilsiz mədəniyyət incilərini məhv edib - Deputat
Məhkumla videogörüşlərə icazə verilə bilər
Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
Hərbçilərə mənzil kirayəsi üçün kompensasiyanın artırılması təklif olunur
DSMF-nin həbs olunan sabiq əməkdaşının işi məhkəməyə göndərildi
FHN binalarda yanğın təhlükəsizliyi ilə bağlı reydlərə başladı (FOTO/VİDEO)
Qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun - TƏKLİF
Sabiq daxili işlər naziri, general-leytenant həbs olunub - RƏSMİ
Azərbaycanda 411 mindən çox insan vaksinasiya olunub
Damı uçan məktəbdə təmir işlərinə başlanılıb
Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
Müavinətlərin məbləğinin artırılması təklif edilir
Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub
Aliment Fondunun yaradılması təklif edilir
Şəxsiyyət vəsiqəsindəki fotoşəkildə baş örtüyündən istifadə edilə bilər
Hərbi qulluqçuların problemlərinin həlli daim dövlətimizin diqqətində olacaq - Spiker
Koronavirusa görə bağlanan bu məktəbdə dərslər bərpa olunub
Baş prokurorluğa vətəndaş müraciətləri ilə bağlı qaydalar açıqlanıb (VİDEO)
Milli Məclisin iclası keçirilir
Azərbaycan nefti bahalaşıb
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
“Məşədibad hamamı”nın müştəriləri həbs edilib (FOTO)
Naftalanda indiyədək 1000-dən çox şəxsə vaksin vurulub
Narkotik alverçisindən 10 kiloqram marixuana götürülüb (FOTO)
182 mindən artıq fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Ermənistan UNICEF nümayəndəsinin mandatını dayandırıb
Azər Türk Bank kredit faizlərini endirdi
Azərbaycanda qızıl ucuzlaşıb
Mili həmrəylik dövlət siyasətinin strateji prioritetidir
Deputatlar bu gün 8 məsələnin müzakirəsinə toplaşır
Füzuli rayonunun Gorazıllı kəndi (VİDEO)
Azərbaycan və Türkiyənin Los Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüb (FOTO)
Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır - Adil Allahverdiyev
Atasının avtomobili ilə avtoxuliqanlıq edən şəxs həbs olunub (FOTO)
İctimai iaşə obyektlərində 1000-dən çox nöqsan aşkar edilib
İsraildə ötən sutka koronavirusa 3 mindən artıq yoluxma qeydə alınıb
Ötən il ərzində Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb
Martın 9-da xarici valyutaların manata qarşı məzənnələri
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb
Tovuzda iki minik avtomobili toqquşub
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bütün xəbərlər