Bakı. Orxan Nəbiyev - Trend:
Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdam rayonunda minalardan təmizləmə işləri üçün Azərbaycana əlavə qrup göndərib.
Trend-in məlumatına görə, bu barədə Nazirliyin bəyanatında deyilir.
Qeyd olunur ki, "Lider" mərkəzinin və Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri İl-76 təyyarəsi ilə Moskvadan Gəncəyə yola düşüb.
Bundan başqa, axtarış işlərində istifadə olunması üçün 2 ədəd texnika gətirilir.
Xatırladaq ki, yanvarın əvvəlində Rusiya FHN-in 20 mütəxəssisi Ağdam rayonunda minatəmizləmə işlərinə başlayıb.