...

Almaniyada karantin 14 fevrala qədər uzadılır

Gündəm Materials 20 Yanvar 2021 08:05 (UTC +04:00)
Almaniyada karantin 14 fevrala qədər uzadılır

Bakı. Trend:

Alman səlahiyyətliləri sərt karantin tədbirlərinin fevral ayının ortalarına qədər uzadılmasına qərar verdi.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə AFR-in kansleri Angela Merkel federal ərazilərin başçıları ilə danışıqlardan sonra elan edib.

"Tədbirləri 14 fevrala qədər uzadmalıyıq", - kansler deyib. A.Merkel virusa yoluxanların sayının azalmasının "ümid üçün səbəb olduğunu", lakin yeni koronavirus ştammının müəyyən təhlükə yaratdığını, və bu səbəbdən məhdudiyyətlərin hələ də davam etdirməyin vacibliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti