...

Taksi sürücülərinin qiymətləri artırıb-azaltması qanunazidd sayılmır - DANX

Gündəm Materials 1 Aprel 2021 11:25 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb- azaltması qanunazidd əməl sayılmır.

Trend-in məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Ximdətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil:

"Bu, xidmət bazarına uyğun şəkildə fərdi və ya hüquqi şəxsin özü tərəfindən tənzimlənir. Ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq mütəmadi şəkildə taksi sürücülərinə şifahi xəbərdarlıq edirik və tətbiq ediləcək qiymətlərin istehlakçının ödəmə qabiliyyətinə uyğun olmasını nəzərə almalarını tövsiyə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti