...

Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir

Gündəm Materials 16 Aprel 2021 20:29 (UTC +04:00)
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir

Bakı. Samir Əli - Trend:

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatını davam etdirir.

Qurumdan Trend-ə verilən məlumata görə, hazırda Tərtər yarımstansiyasından Suqovuşan qəsəbəsinə elektrik xətləri çəkilir: "Suqovuşana hazırda 35 kilovoltluq, müasir, innovativ yeniliklərin tətbiq olunduğu xətt çəkilir. Həmin xətt izolyasiyalı kabel vasitəsilə aparılır.

Bununla yanaşı, qəsəbənin özündə isə daxili şəbəkə təmamilə qurulub. Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Yaxın zamanda bununla bağlı qəsəbədə işlər başa çatacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti