Korrupsiyada günahlandırılan gömrük əməkdaşı barədə araşdırmaya başlanılıb

Korrupsiyada günahlandırılan gömrük əməkdaşı barədə araşdırmaya başlanılıb

Bakı. Trend:

Dövlət başçısı tərəfindən gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılmasıdır.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilən qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Rzayev Rəhim Əli oğlu 27 aprel 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşı ona məxsus yüklərin rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verir. Lakin özünü gömrük brokeri kimi təqdim edən Əli adlı şəxs ona zəng edərək 300 manat pul qarşılığında gömrük əməkdaşının vasitəçiliyi ilə həmin yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yarada bilər.

Ərizəçinin müraciəti əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları təxirə salınmadan əməliyyat tədbiri keçirib. Bu zaman Rəhim Rzayevin Əli adlı şəxsə nağd şəkildə verdiyi A75938841, B06792666, C44667176 seriya nömrəli, hər biri 100-lük əsginaslardan ibarət 300 manat məbləğində pul “Fortis Broker” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən Əli Nəsibovdan aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Nəsibov Əli Adil oğlunun fərdi sahibkarla heç bir mülki hüquqi müqavilə, eləcə də etibarnamə olmadan qanunsuz yolla aldığı 300 manat pul “yük gömrük xidmətləri” göstərilməsi adı altında “Fortis Broker” MMC-nin möhürüylə təsdiq edilən 853143 nömrəli mədaxil qəbzi ilə pərdələnib.

Bununla belə, faktla bağlı araşdırma aparılıb və müvafiq şəxslərin izahatı alınıb.

Özünü gömrük brokeri kimi təqdim edən Əli Nəsibovun izahatı alınarkən müəyyən edilib ki, o, orta təhsilli olmasına baxmayaraq, ali və ya ixtisas təhsili olmadan “Fortis Broker” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul olunub. Bu sahədə gömrük qanunvericiliyinin tələblərini yetərincə mənimsəməsə də, gömrük təmsilçisi kimi fəaliyyət göstərməyə səlahiyyəti olmasa da gömrük borkeri kimi çalışıb və ayrı-ayrı vətəndaşlara məxsus yüklərin gömrük orqanlarından çıxarılması üçün vasitəçilik fəaliyyəti ilə məşğul olub.

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Məcəllənin 21-ci maddəsinə əsasən, gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir.

Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən, gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

Lakin Əli Nəsibov ilə fərdi sahibkar arasında belə bir müqavilə bağlanmayıb, onun mənafeyi, habelə birbaşa və ya dolayı təmsilçilik fəaliyyəti göstərməsi barədə gömrük orqanına məlumat verilməyib, müvafiq təsdiqedici sənədlər təqdim edilməyib.

İzahatı alınan gömrük əməkdaşı isə ərizəçinin 300 manat pul qarşılığında onun vasitəçiliyi ilə vətəndaşa məxsus yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yaradacağı barədə dediklərini etiraf etməyib, ərizədə qeyd edilənlərin əsassız olduğunu bildirib.

Buna baxmayaraq, faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bağlı gömrük əməkdaşı və “Fortis Broker” MMC-nin işçisi barədə toplanılan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Gömrük sistemində şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır və aşkar edilən bütün hüquqazidd əməllər barədə ictimaiyyət davamlı şəkildə məlumatlandırılacaq.

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir (FOTO/VİDEO)
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir (FOTO/VİDEO)
HDQ-nin taktiki təlimləri başa çatıb (FOTO/VİDEO)
HDQ-nin taktiki təlimləri başa çatıb (FOTO/VİDEO)
S7 Airlines aviaşirkəti Voronejdən Azərbaycana ilk uçuşunu ləğv edib
S7 Airlines aviaşirkəti Voronejdən Azərbaycana ilk uçuşunu ləğv edib
Loading Bars
Xəbər lenti
Filippinin sabiq prezidenti Beniqno Akino vəfat edib
Bu gün 2 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verəcək
"Janssen" koronavirusa qarşı təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını araşdırmağa davam edir
Braziliyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb
Vaksinasiya Britaniyada 14 min ölüm halının qarşısını almağa imkan verib
ABŞ Braziliyaya 3 milyon doza peyvənd göndərəcək
Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan vəətəndaşların sayı 10 mindən aşağı düşüb
ABŞ daha 5 Çin şirkətini "qara siyahı"ya əlavə edib
"Avro-2020": Pley-off mərhələsinə çıxan bütün komandalar bəlli oldu
Vaşinqtonda piyada körpüsü çöküb
Almaniyada bir həftə ərzində Delta ştammına yoluxma halı iki dəfə artıb
ABŞ nümayəndə heyəti Kabil hava limanının təhlükəsizliyini müzakirə etmək üçün Türkiyəyə yollanacaq
Afrikada koronavirusa yoluxanların sayı 5,25 milyonu ötüb
Mərkəzi Afrika Republikasında hökumətin yeni tərkibi elan edilib
"Avro-2020": İsveç və İspaniya pley-off mərhələsində
Rusiyada 16 milyon nəfər koronavirusa qarşı tam peyvənd olunub
Britaniyada ötən sutka koronavirusa 16 mindən çox yoluxma qeydə alınıb
Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat
MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın materialları dərc olunub (FOTO)
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir (FOTO/VİDEO)
Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)
Belçikanın “VRT” telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb (FOTO/VİDEO)
HDQ-nin taktiki təlimləri başa çatıb (FOTO/VİDEO)
İranda jurnalistləri daşıyan avtobus aşıb: 2 nəfər ölüb, 21 nəfər yaralanıb (FOTO)
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
S7 Airlines aviaşirkəti Voronejdən Azərbaycana ilk uçuşunu ləğv edib
Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolu müzakirə olunub
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir (FOTO)
Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib
Xəzərdə qanunsuz nərə balığı ovlayanlar həbs edildi
Fazil Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib
İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verildi
Rafiq Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilib
ƏƏSMN-də daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)
"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
Qərbdə ətraf mühitlə bağlı neft-qaz şirkətlərinə olan təzyiqlər qiymətləri qaldırır - Brenda Şaffer
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib (FOTO)
"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
MDU və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib (FOTO)
Hazırda Bakıda toz hissəciklərinin konsentrasiyası normadan 5.1 dəfə yüksəkdir
“PAŞA Bank” və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə konfrans keçirilib
NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada olub (FOTO)
Mətbuat Şurasında Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə görüş olub (FOTO)
“Mədəniyyət naminə sülh” kampaniyası ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb
Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqı müəyyənləşib
Odlar Yurdu Universitetində “Şuşa bəyannaməsi – qardaşlıq və dostluğun zirvəsi” adlı konfrans keçirilib
İyunun 24-nə USD/AZN rəsmi məzənnəsi
Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et!
AHİK isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı məlumat yayıb
"Mədəniyyət naminə sülh” kampaniyasının məqsədi işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyəti dünyaya çatdırmaqdır - Anar Kərimov
Azərbaycan Buxarada keçirilən beynəlxalq forumda təmsil olunur (FOTO)
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
MEDİA Agentliyi və ADA Universitetinin jurnalistlər üçün təşkil etdiyi seminarlar və yeni informasiya strategiyası - “Əsas məsələ”də MÜZAKİRƏ
Hacıqabulun iki kəndinin su problemi həll edilib (FOTO)
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu
Azad edilmiş ərazilərimizdə daha bir modul tipli hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 84 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub
Rusiyanın S7 Hava Yolları Voronej-Bakı marşrutu ilə uçuşlara başlayacaq
Azərbaycanlı jurnalistlər üçün Türkiyənin Antalya şəhərinə mediatur təşkil edilib (FOTO)
Azərbaycanda abituriyentlər əsasən hansı ixtisasları seçib?
FHN taxıl sahələrində yanğın təhlükəsizliyinə qarşı tədbirlərə başladı (FOTO)
Ötən il ümumtəhsil müəssisələrini bitirən məzunların sayı açıqlanıb
Azərbaycan və BƏƏ arasında kosmik sahədə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Azərbaycan ali təhsil müəssisələrində ən çox yer I qrupa ayrılır
Azərbaycanda abituriyentlər ən çox bu qrupu seçib
Baş Prokurorluqda konfrans keçirilib (FOTO)
Ağdama səfərim zamanı siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum - Migel Anxel Moratinos
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
Azərbaycan nümayəndə heyəti “MİLEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində
Sarayda 7 küçə asfaltlanıb (FOTO)
20 iranlı məhbus Azərbaycandan ekstradisiya olunub
Dövlət Məşğulluq Agentliyi vətəndaşın şikayətinə aydınlıq gətirdi (VİDEO)
AYIB ilə gələcək əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
23 iyun – Dövlət qulluqçularının peşə bayramı günüdür (FOTO)
Meksika səfiri “Azərsun Holdinq”in sədri ilə görüşüb
Prezident İlham Əliyev: Bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
Azərbaycan Prezidenti: Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var
Prezident İlham Əliyev: Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir - Rauf Əliyev
Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik - Tural Gəncəliyev (VİDEO)
İranda ötən sutka koronavirusdan 112 nəfər ölüb
Emin Əmrullayev Bakı Ali Neft Məktəbində (FOTO)
Bizə bir gündə Ağdamdan 35 "Kamaz" mişar daşı sökdürüb daşıtdırıblar - Erməni əsirliyində olan şəxs
Ermənilər əsir düşən azərbaycanlını diri-diri yandırdılar - Keçmiş əsir
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!
“AccessBank” Sahibkarlığın İnkişafı Fonduyla birgə sahibkarlara dəstək olmaqda davam edir
Gözlərim döyülməkdən tutulmuşdu - Keçmiş əsir
İşğaldan azad olunmuş ərazilərdə yeni su kanallarının tikintisi nəzərdən keçirilir
Mkrtiçyan mənə elə işgəncələr verib ki, hələ də unuda bilmirəm - Keçmiş əsir
Ermənistanda yeni hökumət formalaşdıqdan sonra üçtərəfli işçi qrupunun fəaliyyəti davam etdiriləcək - Şahin Mustafayev
Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəmə prosesi iyunun 30-da davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Mərdəkandakı yanğın söndürülüb
Azərbaycanda pandemiya səbəbindən sahibkarlara 50 milyon manata yaxın subsidiya ödənilib
Ermənistandakı siyasi gərginlik 10 noyabr razılaşmasına əngəl ola bilməz
Sabah 42 dərəcə isti olacaq - Güclü temperatur diskomfortu gözlənilir
Qarabağda 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur - Baş nazirin müavini
Mərdəkan şosesində yanğın: Yolda sürət həddi endirildi (FOTO)
Bütün xəbərlər