...

Apreldə DGK əməkdaşları 730 kiloqramdan artıq narkotik aşkar edib - Səfər Mehdiyev

Gündəm Materials 10 May 2021 11:01 (UTC +04:00)
Apreldə DGK əməkdaşları 730 kiloqramdan artıq narkotik aşkar edib - Səfər Mehdiyev

Bakı. Samir Əli - Trend:

Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 730 kiloqramdan artıq narkotik vasitə aşkar edib.

Trend-in məlumatına görə, DGK-nin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, aşkarlanan narkotik vasitələrİN əsasən Gürcüstan və Avropa ölkələrinə daşınması məlum olub: "Həmin narkotik vasitələr tranzit idxaldır. Həm Astara, həm Biləsuvar sərhəd keçid məntəqələrində keçirilən əməliyyat zamanı aşkarlanıb. Hazırda əməliyyatlar davam etdirilir. Azərbaycan həmişə tranzit ölkə olaraq narkotiklərin yayılmasına yox deyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti