...

AAYDA yük maşınlarının sürücüləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Gündəm Materials 19 May 2021 16:49 (UTC +04:00)
AAYDA yük maşınlarının sürücüləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bəzi sürücülərin qurum adından istifadə edərək fəaliyyət göstəmələri ilə bağlı xəbərdarlıq edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən idarə olunan yük maşınları, maşın və mexanizimləri üzərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus logo və tanınma nişanları vurularaq sifarişlə fərdi işlərdə istifadə olunur. Bu isə haqlı olaraq cəmiyyətdə anlaşılmazlıq və çaşqınlıq yaratmaqla bərabər agentliyin adına və nüfuzuna xələl gətirir.

Qeyd edək ki, bu hüquqa zidd əməli törədən şəxslərlə bağlı, qurumun adından sui-istifadə etdikləri üçün qanunvericiliyə uyğun olaraq onların məsuliyyətə cəlb edilməsi ilə bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bir daha xəbərdarlıq edirik ki, həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və agentliyin nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti